"Monako" klubu qapıçısı Subaşiçin "Fənərbaxça" ilə oyunda meydana çıxmayacağını açıqlayıb.
Sportarena.az xəbər verir ki, xorvat qapıçı Avropa çempionatının Portuqaliya ilə qarşılaşmasında zədələnmişdi.
"Monako" 31 yaşlı qapıçının sağalacağına ümid etsə də bu baş tutmayıb. Bunu əvvəlcədən nəzərə alan knyazlıq təmsilçisi 39 yaşlı italyan qapıçı Morqan de Sanktisi heyətinə qatmışdı.