İdmançımız AÇ-nın gümüş medalını qazandı

17:35 27 İyul 2016

Neftçi İdman Klubu”nun təmsilçisi Hacımurad Purtiyev (84 kq) İtaliyanın paytaxtı Romada keçirilən qraplinq üzrə Avropa çempionatında uğurlu çıxış edib.


Sportarena.az xəbər verir ki, idmançımız yarışda böyük əzmkarlıq nümayiş etdirərək qitə çempionatının gümüş medalını qazanıb.


İtaliya, Ukrayna və İspaniya təmsilçiləri üzərində qələbə qazanan H.Purtiyev finala yüksəlib. O, yalnız həlledici qarşılaşmada Fransa idmançısına məğlub olub və fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.(azərtac)


Digər xəbərlər

Xəbər xətti