"Qalatasaray" sabiq hücumçusu Hakan Şükür kluba üzvlükdən çıxarılır.
Sportarena.az xəbər verir ki, buna səbəb keçmiş futbolçunun Fətullah Gülənlə əlaqələrinin olmasıdır. Belə ki, "Qalatasaray" klubu idarə heyətinin məsələylə bağlı toplantısı keçirilib və H.Şükürün komanda üzvlüyündən çıxarılması ilə bağlı müraciət baxılması üçün intizam komitəsinə göndərilib.