Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası növbəti “Media Kuboku” yarışı keçirib. Ənənəvi turnirdə 30-a yaxın mətbuat nümayəndəsi medal mübaizəsi aparıb. Yarışda AAAF TV-nin əməkdaşları da iştirak edib.
Reqlamentə əsasən, iştirakçılar əvvəlcə təsnifat mərhələsində yarışıblar və bundan sonra yarımfinala vəsiqə qazanan 12 velosipedçi müəyyənləşib. Bu mərhələdə onlar hər birində 6 nəfər olmaqla 2 qrupda mübarizə aparıblar.
Finala vəsiqə qazanan 6 nəfər arasında ən yüksək göstəriciyə “Space” televiziyasının təmsilçisi Fuad Atakişiyev imza atmaqla turnirin qalibi adını qazanıb. Azərbaycan Fotoqrafçılar Birliyinin üzvü Məhəmməd İsmayılov 2-ci, AAAF TV-nin əməkdaşı Vüsal Yalçınoğlu isə turnirin bürünc mükafatçısı olub.
Yarışda fəqlənən iştirakçılar diplom, medal və dəyərli hədiyyələrlə təltif olunub.