Türkiyədə baş verən terror hadisələri ilə bir çox futbolçu ölkəni tərk etsə də, “Qalatasaray”ın alman ulduzu Lukaş Padolski klubdan ayrılmayacağını açıqladı.
“Türkiyədə yaşanan hadisələrə baxmayaraq burada qalacağam. Bir nəfər körpüdən tullandı deyə, mən də tullanmalı deyiləm. Mən digərlərindən asılı deyiləm. Təcrübəli bir futbolçuyam və burada qalmağı tərcih edirəm. İndi tətil zamanıdır, amma qayıdacağam.”