"Neftçi"dən ayrılan Xuan Alberto Melli karyerasını İspaniyada davam etdirəcək.
Sportarena.az xəbər verir ki, ispaniyalı müdafiəçi ölkəsinin Sequnda təmsilçisi olan "Reus Deportiu" klubu ilə razılaşıb. Komanda 32 yaşlı futbolçunun təqdimat mərasimini bu gün keçirəcək.
Qeyd edək ki, futbolçu 2015-ci ildə "Simurq"dan "Neftçi"yə transfer olunub.