Bastian Şvaynştayger Almaniya millisindəki karyerasını bitirdiyini açıqladı.
Sportarena.az xəbər verir ki, 31 yaşlı futbolçu bu barədə şəxsi "twitter" hesabında məlumat paylaşıb.
2004-cü ildən Almaniya millisində çıxış edən Şvaynştayger 120 rəsmi matçda meydana çıxıb və 24 qol vurub. Yığma komandanın kapitanı millinin heyətində 4-cü ən çox oyun keçirən futbolçudur.
Xatırladaq ki, yarımmüdafiəçi Almaniya millisinin heyətində 4 dəfə Avropa çempionatında və 3 dəfə Dünya çempionatında iştirak edib. O, millidə çıxış etdiyi müddət ərzində DÇ-2014-da qızıl, DÇ-2006 və DÇ-2010-da bürünc, AÇ-2008-də isə gümüş medal qazanıb.