Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarını Azərbaycanda yayımlayacaq kanal müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bugün keçirdiyi mətbat konfransında bildirib.
Onun sözlərinə görə, XXXI Yay Olimpiya Oyunlarının yayım hüququ İTV-yə məxsusdur. Ona görə də oyunlar canlı olaraq, İTV-də yayımlanacaq. İTV hər gün 8 yayım verəcək: "Biz yenilik etdik və qərara gəldik ki, vaxt fərqinə baxmadan, oyunların ən isti xəbərlərini internet üzərindən çatdıraq. Ona görə də MOK-un bütün internet resursları tam gücü ilə işləyir. Vaxt fərqi olmadan xəbərlər çatdırılacaq".