Şvaynştayger karyerasını başa vurdu

23:19 29 İyul 2016

“Mançester Yunayted”in və Almaniya yığma komandasının yarımmüdafiəçisi Bastian Şvaynştayger “Tvitter”də beynəlxalq karyerasının başa çatdığını bildirib. 

“Avro-2016” çempionatındakı Fransaya qarşı matç 31 yaşlı havbek üçün milli komandasının geyimində son matç olub. 

“Avro-2016”-dan sonra Şvaynştaygerin yığmadakı karyerasının başa çatacağı barədə məlumat yayılmışdı. 

“Gözəl zaman üçün təşəkkür edirəm!” – Şvaynştayger “Tvitter”də yazıb. 

Almaniya yığması üçün havbek 2004-cü ildən oynayırdı. Milli yığmada oynadığı zaman ərzində Şvaynştayger 2014-cü il dünya çempionatında qalib gəlib, “Avro-2008”-in gümüş mükafatçısı olub. Bundan başqa, Şvaynştayger 2006-cı və 2010-cu illərin dünya çempionatlarının bürünc mükafatçısıdır. 


Digər xəbərlər

Xəbər xətti