İtaliya millisinin sabiq üzvü Kristian Vieri yenidən yaşıl meydanlara qayıdır.
Sportarena.az xəbər verir ki, bu barədə 43 yaşlı veteran futbolçu şəxsi "İnstagram" hesabında məlumat verib.
O, Çin klubundan təklif aldığını bildirib: “Beş ay bundan əvvəl 101 kilo idim. İndi isə 91 kiloyam. Getdikcə formaya düşürəm. Çinə getməyə hazırlaşıram".
Qeyd edək ki, "Atletiko", "Milan", "Yuventus", "İnter", "Fiorentina" və "Latsio" kimi klubların şərəfini qorumuş Vieri futbolçu karyerasını 2009-cu ildə başa vurub.