"Mançester Yunayted" isveçli hücumçu Zlatan İbrahimoviçin formalarının satışından rekord məbləğ qazanıb.
Sportarena.az xəbər verir ki, klub futbolçunun futbolkalarının satışından bir həftə ərzində 90 milyon avro gəlir əldə edib.
"The Sun" qəzetinin məlumatına görə, Premyer Liqanın indiki çempionu "Lester" bütün oyunçuların maykalarının satışından cəmi 64 milyon avro qazanıb.