Türkiyənin “Fənərbağça” klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin “Monako” ilə cavab matçına ciddi itki ilə çıxacaq.
Komandanın qol silahı Robin Van Persi zədə səbəbindən bu vacib səfər oyununu buraxacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 3-də keçiriləcək. Komandalar arasında keçirilən ilk oyun İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.