İdmançımız rusiyalı boksçunu 2 dəqiqəyə nokaut etdi

11:12 1 Avqust 2016

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib.


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, ilk döyüşünü Latviyanın Riqa şəhərində keçirib. Ağır çəki dərəcəsində çıxış edən boksçumuz “Riqa Arena”da təşkil olunan qarşılaşmalar çərçivəsində rusiyalı Vladimir Qonçarovla üz-üzə gəlib. 6 raund davam etməli olan görüş artıq ilk hissədə başa çatıb. Rəqibinə qarşısıalınmaz zərbələr endirən Z.Atakişiyev 1-ci raundun 2-ci dəqiqəsində texniki nokautla qalib gəlib.


Z.Atakişiyev qarşılaşmadan sonra debütü haqda qısa fikirlərini açıqlayıb:


“Mən kikboksçu olsam da, peşəkar boksda debüt etdim. Debütümün belə erkən qələbə ilə başa çatması mənim üçün də gözlənilməz oldu. Bu bir sürpriz idi”.


Xəbər xətti