Millimiz Gürcüstanla yoldaşlıq görüşü keçirəcək

13:17 1 Avqust 2016

Bakı Şahmat Olimpiadasına hazırlaşan əsas yığma komandalar yoldaşlıq görüşündə iştirak edəcək.


Sportarena.az xəbər verir ki, artıq bununla bağlı Azərbaycan və Gürcüstan Şahmat Federasiyaları arasında yekun razılıq əldə olunub. Kişi və qadın şahmatçılardan ibarət Azərbaycan millisi avqustun 9-da baş tutacaq son hazırlıq toplanışında əvvəlcədən planlaşdırıldığı kimi həm də yoldaşlıq görüşü keçirəcək.


Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, mötəbər yarışda iştirak edəcək bütün komandalarımız (3 kişi və 3 qadın komandamız) avqustda təlim-məşq toplanışı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti