"Atletiko" Türkiyəyə gəlməkdən imtina etdi

23:46 1 Avqust 2016

Yeni mövsüm hazırlıqları çərçivəsində, 6 avqust tarixində “Atletiko” Madridi qəbul etməyi palanlaşdıran İstanbulun “Qalatasaray” klubunu Madrid təmsilçiləri tərəfindən verilən qərar sarsıtdı.

 “Atletiko”nun baş məşqçisi Dieqo Simiyone 15 İyulda Türkiyədə baş verən çevriliş cəhdindən sonra təhlükəsizliyin tam bərpa olunmamasından ehtiyatlandığı bildirərək özünün və komandasının Türkiyəyə gəlməsindən imtina edib.

Klubun rəsmi internet səhifəsində isə matçın ləğv edilməsi bu cür bəyan edilib.
“6 Avqust 2016-cl il tarixdə “Türk Telekom Arena”da baş tutması planlaşdırılan “Qalatasaray”-“Atletkio” Madrid matçı ispan klubunun tələbi ilə təxirə salınıb. “Atletiko” Madrid klubundan gələn məktubda, ölkədə baş verən son hadisələr irəli sürülərək, başqa bir tarixdə yoldaşlıq görüşü keçirmək istədikləri bəyan edilib"

 

 


Digər xəbərlər

Xəbər xətti