"Lester” növbəti transferini reallaşdırıb. İngiltərə çempionu “Krakoviya”nın üzvü Bartoş Kapustkanı heyətinə qatıb.
Polşa klubu bu keçiddən 7,5 miyon funt qazanacaq. Halbuki “Lester” daha əvvəl 19 yaşlı futbolçuya görə 5,25 milyon ödəmək istəyirdi. Lakin Kapustkanın Avropa çempionatında özünü yaxşı tərəfdən göstərməsi dəyərinin artmasına səbəb oldu.