"Olimpiya oyunlarına böyük ümidlərlə gedirik, inanırıq ki, xalqımızı sevindirəcəyik".
Bunu Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına yola düşən Azərbaycan güləşçisi Toğrul Əsgərov deyib. 
                       
                                               
                        
 
                
                              
T.Əsgərov bildirib ki, idmançılar yarışlara kifayət qədər güclü hazırlaşıblar: "Olimpiya oyunlarına gedən bütün idmançılarımız peşəkardırlar. Biz əlimizdən gələni edəcəyik ki, ölkəmizə medallarla qayıdaq. Bizə yaradılan bütün bu şəraitə görə ölkə rəhbərliyinə təşəkkürümüzü bildiririk".