İPL klublarının sponsor gəlirlərinin artımı rekord həddə çatdı

21:08 2 Avqust 2016

İPL klubları bu mövsüm ümumilikdə sponsorlardan 226,5 milyon funt qazanacaq.

Bu İngiltərə çempionatı üçün rekord məbləğdir.

Ötən mövsüm 20 klubun formalarda reklama görə gəliri 3,6 milyon funt az idi.

Beləliklə son  5 il ərzində sponsorlardan gəlirlər ümumilikdə 100 milyon artıb.

Müqayisə üçün bundesliqa klublarının gəlirinin ötən mövsüm 101 milyon , La liqa təmsilçilərinin isə cəmi 65 milyon funt olduğunu qeyd edə bilərik.

İngiltərə premyer liqasında lider üçlük isə belədir:

1. Mançester Yunayted (Chevrolet) — 47 milyon

2. Çelsi  (Yokohama) — 40 milyon

3. Arsenal (Fly Emirates) — 30 milyon


Digər xəbərlər

Xəbər xətti