Jeremi Menez “Milan”ı tərk edib. Fransız forvard karyerasını yenidən vətənində davam etdirəcək.
29 yaşlı forvard “Bordo” ilə anlaşıb. Tibbi müayinədən uğurla keçən Menez yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Milan”ı tərk edən futbolçu “Bordo”dan əvvəl “Genqam” və BƏƏ klublarının təklifini geri çevirib.