"Viktoriya"nın baş məşqçisi: "Bir az bəxtimiz gətirdi"

23:31 2 Avqust 2016

“Biz bilirdik ki, “Qarabağ” çox güclüdür. Buna uyğun da hazırlaşmışıdıq. Müdafiəmizdə problem olduğu üçün qol buraxdıq. Məqsədimiz qol vurmaq idi. Ancaq qol buraxdıqdan sonra da öz oyunumuzu oynadıq”. 

Bu sözləri “Viktoriya”nın baş məşqçisi Roman Pivarnik Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la  cavab oyunundan (1:1) sonra keçirdiyi mətbuat konfransında deyib.

- Nəticəni ədalətli hesab edirsinizmi?

-Məncə, ədalətli nəticə oldu. Çünki ilk oyunda da “Qarabağ” müdafiədə oynadı.

- “Qarabağ” boş qapıdan topu keçirə bilmədi. Bəxtinizin gətirdiyini demək olarmı?

- Qapımıza qol vurulandan sonra biz də hücumu gücləndirdik. Bir az bəxtimizin gətirdiyini demək olar.

- "Qarabağ"dan bu cür oyun, belə azarkeş gözləyirdiniz?

- Stadionda fantastik ab-hava var idi. Bu barədə eşitmişdik. Bu gün də gördük. Çox xoşumuza gəldi. Sevinirik ki, bu cür çətin rəqiblə mübarizədən qalib ayrıldıq. Qonaqpərvərliyinizdən razı qaldıq.

qol.az


Digər xəbərlər

Xəbər xətti