Macarıstan millisinin 40 yaşlı qapıçısı Qabor Kirali millidəki karyerasını başa vurub.
Sportarena.az xəbər verir ki, bu barədə təcrübəli qolkiper özü məlumat verib.
Xatırladaq ki, "Avro-2016"da iştirak edən Kirali Avropa çempionatlarının final tarixinin ən yaşlı futbolçusu olub.
Qeyd edək ki, o, hazırda Macarıstanın "Haladaş" klubunda çıxış edir.