Olimpiya məşəlini yandırmaq Peleyə tapşırılıb

16:30 3 Avqust 2016

Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının “Marakana” stadionunda təşkil ediləcək açılış mərasimində Olimpiya məşəlinin alovlandırılması əfsanəvi futbolçu Peleyə tapşırılıb.


Bu barədə Pele Braziliyanın “Globo” telekanalının efirində məlumat verib. Bu barədə artıq rəsmi təklif aldığını qeyd edən Pele deyib: “Braziliya Olimpiya Komitəsinin prezidenti Karlos Artur Nuzman və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax bu təklifi mənə ediblər. Amma mənim bir sıra digər müqavilələrim var. Bu səbəbdən də ölkə xaricində olmalıyam. Əgər bu öhdəlikləri həll etsəm, Olimpiya məşəli ilə bağlı təklifi qəbul etməyə çox şad olaram. Hazirda məşəli yandırmaq barədə dəqiq söz deyə bilmərəm”.


Pele açılış mərasimdə iştirakı məsələsinin avqustun 4-də tam məlum olacağını bildirib.


Digər xəbərlər

Xəbər xətti