Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Komandamızın rəqibi Gürcüstanın U-19 yığması olub.
“Dalğa Arena”da keçirilən qarşılaşmada millimiz 2:0 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Anna Abulaşvili və Çeri Pınar fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında ikinci yoldaşlıq görüşü avqustun 5-i keçiriləcək.