Basketbol üzrə milli komandamızın üzvü Orxan Aydın karyerasını “Qalatasaray”da davam etdirəcək. Ötən mövsümü “Adıbadem Üniversitesi” klubunda keçirən basketbolçumuz İstanbul təmsilçisiylə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Bakıda doğulan Orxan Aydın peşəkar karyerasına Türkiyənin “Anadolu Efes” klubunun əvəzedici komandası olan “Pertevniyal”da başlayıb. 4 ildən sonra “Daruşşafaka”ya transfer olunub. 2010/11 mövsümünü isə Orxan “Türk Telekom”da keçirib. Bundan sonra həmyerlimiz “Aliağa Petkim”, “Uşak Sportif” kimi komandalarda da oynayıb.