Futbol üzrə Azərbaycan çempionatının I divizionunda çıxış etmək istəyən klublara xəbərdarlıq edib.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, komandalar tələb olunan sənədləri avqustun 15-dək Peşəkar Futbol Liqasının müvafiq departamentinə təqdim etməlidirlər.
Buna uyğun olaraq, I divizion iştirakçılarının sayı müəyyənləşəcək. Bu prosedur başa çatdıqdan sonra yarışın püşkatmasının tarixi bəlli olacaq.