Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasında pley-off mərhələsinin püşkü atılır.
Sportarena.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə təmsilçilərimiz "Qarabağ" və "Qəbələ"nin də rəqibləri məlum olacaq.
Xatırladaq ki, "Qarabağ" səpələnmişlər, "Qəbələ" isə səpələnməmişlər qrupunda yer alıb.
"Pley-off"un ilk oyunu avqustun 18-i, cavab görüşü avqustun 25-də keçiriləcək.
"Göteborq" (İsveç) - "Qarabağ"(Azərbaycan)
"Maribor" (Sloveniya) - "Qəbələ"(Azərbaycan)