XXXI Yay Olimpiya Oyunları çərçivəsində akademik avarçəkənlər üçün püşkatma keçirilib.
Sportarena.az xəbər verir ki, bu növdə Azərbaycanı təmsil edəcək Aleksandr Aleksandrov - Boris Yotov duetinin rəqibləri müəyyənləşib.
2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq duet avqustun 6-da Bakı vaxtı ilə saat 18:30-da start xəttinə çıxacaq. Onlar ikinci yürüş zolağında yer alacaqlar. Rəqiblər isə Eduardo Rubio Rodriges - Adrian Oquendo (Kuba), Robert Menson - Kristofer Harris (Yeni Zelandiya), Conatan Uolton - Con Kollinz (Böyük Britaniya) və Françesko Fossi - Romano Battisti (İtaliya) cütlükləri olacaq. Bu, seçmə mərhələdə ən çox avarçəkənin çıxış edəcəyi yürüş olacaq. Digər 2 yürüşün hər birinə isə 4 duet qatılacaq.
Reqlamentə əsasən, seçmə yürüşlərin yekununda ilk "3-lüy"ə düşənlər birbaşa yarımfinala yüksələcəklər. Qalan pillələrin sahibləri isə yarımfinala təşəlliverici yürüş vasitəsilə vəsiqə qazanmağa çalışacaqlar.