Futbol üzrə Belçika millisinin yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, komandanın Avropa çempionatında uğursuz çıxışından sonra istefaya göndərilən Mark Vilmotsu Roberto Martinez əvəzləyib. Mütəxəssislə ikiillik müqavilə imzalanıb.
Qeyd edək ki, 43 yaşlı mütəxəssisin son iş yeri “Everton” klubu olub.