"Barselona"nın hücumçusu Lionel Messi gələn həftə Kataloniya paytaxtında millinin yeni baş məşqçisi Edqard Bausa ilə görüşəcək.
Sportarena.az xəbər verir ki, 29 yaşlı futbolçu milliyə qayıtması barədə bəyanat verəcək.
Beləliklə, Messi avqustun 30-da Uruqvayla seçmə oyunda iştirak edə biləcək.
Xatırladaq ki, hücumçu Kopa Amerikanın finalındakı məğlubiyyətdən sonra milli karyerasını bitirdiyini elan etmişdi.