"Liverpul"un futbolçusu millidəki karyerasını başa vurdu

00:29 6 Avqust 2016

"Liverpul" və İngiltərə yığmasının yarımmüdafiəçisi Ceymi Milner milli komandadakı karyerasını başa vurub.


Sportarena.az xəbər verir ki, 30 yaşlı futbolçu bu qərarı İngiltərə millisinin yeni baş məşqçisi Sem Ellardays arasında görüşdən sonra qəbul edib.


Qeyd edək ki, 2009-cu ildən İngiltərə millisinin formasını geyinən yarımmüdafiəçi 61 oyunda meydana çıxıb və 1 qol vurub.


Digər xəbərlər

Xəbər xətti