Elşən Rzazadə "Neftçi"dən ayrılması barədə açıqlama verib.
Sportarena.az xəbər verir ki, gənc futbolçu paytaxt klubundan ayrılmasının səbəbləri barədə açıqlamasında ona şans verilmədiyinə görə komandadan getdiyini deyib: "Komandaya yeni transfer olduğum vaxtlarda şans verilmirdi. Daha sonra zədələndim. Buna görə də heyətə düşməkdə çətinlik çəkirdim. Elə şeylər var ki, heç özüm də bilmirəm. Mənim elə yaşımdır ki, indi ehtiyyatda oturmalı deyiləm. Ona görə də qarşılıqlı razılaşma əsasında "Neftçi"dən ayrıldım. Hələ ki, heç bir klubdan təklif almamışam".
Qeyd edək ki, Elşən Rzazadə 2015/2016-cı il mövsümünün qış fasiləsində "Xəzər Lənkəran"dan "Neftçi"yə transfer olunmuşdu