"Rio-2016"da dünya rekordu

11:28 6 Avqust 2016

XXXI Yay Olimpiya Oyunlarının birinci günündə - rəsmi açılış mərasimindən əvvəl keçirilən kamandan oxatma yarışında Koreya Respublikasının təmsilçisi Kim Vucin dünya rekordu müəyyən edib.


Sportarena.az xəbər verir ki, K.Vucin bu rekorda kişilər arasında fərdi yarışda 72 cəhddə 700 xal toplayaraq nail olub. İdmançı bu uğuru ilə bağlı danışarkən deyib: “Mən yarışda uğur qazanmaq üçün əlimdən gələni etdim və hamıdan daha yaxşı nəticə göstərə bildim”.


K.Vucinədək dünya rekordu onun həmyerlisi, ikiqat Olimpiya çempionu Lim Don Xenə məxsus idi. O, dörd il əvvəl – “London-2012” 699 xalla dünya rekordunu yeniləmişdi.(Azərtac)


Digər xəbərlər

Xəbər xətti