Vəli Qasımov: "Heyətlə bağlı çətinliyimiz var"

13:38 6 Avqust 2016

"Ölkə çempionatında yeni mövsüm başlanır. Fikrimcə, çoxlu sayda maraqlı oyuna şahidlik edəcəyik. Bütün rəqiblərlə qarşılaşmalara tam hazır vəziyyətdə çıxmalıyıq”. 


Sportarena.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Vəli Qasımov deyib.


Klubun saytına açıqlama verən 48 yaşlı mütəxəssis Topaz Premyer Liqasının yeni mövsümü və ilk turun bu gün AZAL-la keçiriləcək qarşılaşması haqda fikirlərini açıqlayıb: “Çempionat uzun marafon olsa da, arxayınlaşmaq olmaz. İlk matçımızı səfərdə AZAL klubuna qarşı keçirəcəyik. Oyuna hazırlığımızı artıq başa vurmuşuq. Baxmayaraq ki, heyətlə bağlı çətinliyimiz var. Son avroliqa matçında zədələnmiş Vançe Şikov düşərgədə olsa da, hələ müalicəsini davam etdirir. Ümid edirəm ki, tezliklə tam hazır olacaq. Yaxın günlərdə əməliyyat olunmuş Elşən Abdullayev də sabah bizə kömək edə bilməyəcək. Araz Abdullayev isə məşqdə ikili mübarizə zamanı zədə aldığı üçün onu meydana buraxmaqla risk etmək istəmirik. Əsas heyətin 3 aparıcı futbolçusunun olmaması işimizi müəyyən qədər çətinləşdirsə də, onların əvəzinə meydana çıxacaq futbolçulara da inanırıq”.


Digər xəbərlər

Xəbər xətti