"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqanın ilk turunda "Sumqayıt"la oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
-İlk oyunu idi. Ağır oldu. Tam olaraq hazır deyilik. Güclənməyə ehtiyacımız var.
- Nurlan Novruzovu Murad Səttarlı ilə əvəzlədiniz. Niyə Yasin Həmidi oyuna erkən daxil etmədiniz?
- Yasini sonra üçün fikirləşdik. Daha çox qaçan futbolçu lazım idi.
- Məğlubiyyətin əsas səbəbi nə idi?
- Oyunun sonlarında yorulduq. Həm də çempionatının ilk turudur. Oyunçular öyrəşməlidir.
- Sizcə, bu ədalətli idi?
- Artıq barışmalıyıq. Amma ədalətli deyildi.
- Komandanın büdcəsi azalıb?
- Həmin büdcədir.
- Yeni gələn legionerləri gedənlərdən zəif yoxsa üstün tutursuz?
- Gələnləri gedənlərdən zəif saymıram.
- Nelson Bonilya üçün burnunuzun ucu göynədi?
- Artıq barışmaq lazımdır.
Mənbə: sportal.az