Futbol Federasiyasının prezidenti: "Hər zaman hiyləyə baş vururuq"

01:17 7 Avqust 2016

FİFA U-17 Dünya Kubokunun qalibi olan Nigeriya yığmasının 26 oyunçusunun əslində göstərilən yaşdan daha böyük olduqları iddia edilib.

Belə bir iddia ilə İngiltərənin BBC telekanalı çıxış edib.

Kanalın bildirdiyinə görə, sümük analizlərinin nəticəsi onların əllərinə keçib və məlum olub ki, bu ölkənin futbol federasiyası kütləvi süni yaşazaltma edirmiş.

Məsələ ilə əlaqədar BBC-yə açıqlama verən Nigeriya Futbol Federasiyasının prezidenti Antoni Kojo Villiams iddiaları təsdiqləyib: “Aşağı yaş qruplarındakı turnirlədə yaşı daha çox olan oyunçulardan istifadə etdik. Bunu bilirəm. Niyə yalan danışım ki? Gerçək budur. Hər zaman hiyləyə baş vururuq, bunu da hər kəs bilir”.

Qeyd edək ki, Nigeriya millisi 2013 FİFA U-17 turnirindən öncə də buna bənzər bir nəticə ilə qarşı-qarşıya qalmışdı.(apasport.az)


Digər xəbərlər

Xəbər xətti