Azərbaycan kanoe-slalomçusu olimpiadada mübarizəyə başlayır

11:10 7 Avqust 2016

Bu gün Azərbaycan kanoe-slalomçusu Yure Meqliç 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq. 


Sportarena.az xəbər verir ki, 32 yaşlı idmançı 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə mərhələdə 2 keçid edəcək.


İlk keçid saat 20:42-də, ikincisi isə saat 22:42-də başlanacaq.


Ümumilikdə 21 idmançıdan ən yüksək nəticələr göstərəcək 15-i avqustun 10-da saat 20:30-da başlanacaq yarımfinala, onlardan isə 10-u həmin gün saat 22:15-də başlanacaq finalda iştirak edəcək.
Qeyd edək ki, Yure Meqliç olimpiadalar tarixində Azərbaycanın kanoe-slalom növündə ilk təmsilçisi olacaq.


Digər xəbərlər

Xəbər xətti