"Qarabağ”ın kapitanı Rəşad Sadıqovun müsahibəsi
- Avroliqanın pley-off mərhələsində “Qarabağ” “Höteborq”la qarşılaşacaq. Püşkün nəticəsini necə dəyərləndirərdiz?
- Rəqib güclü komandadır. Ölkəsinin aparıcı klublarından biridir. Ötən mövsüm gümüş medal qazanıblar. Onların oyunlarını artıq izləmişik. Rəqib haqda məlumatımız var. Deyərdim ki, bu, bir-birinə bənzər 2 komandanın mübarizəsi olacaq. Onlar da topla oynamağı sevirlər, kombinasiyalı oyuna üstünlük verirlər. Bizi 2 gərgin oyun gözləyir.
- Çoxları “Qarabağ”ın Çempionlar Liqası ilə vidalaşmasını çempionatdakı rəqabətsizliklə əlaqələndirirlər. Razısız bu fikirlə?
- Yox, belə deməzdim. Söhbətin ona aid yoxdur. Hər kəs gördü ki, Çexiya çempionuna qarşı inamlı oyun sərgilədik. Həm evdə, həm də səfərdə yaxşı oynadıq.
- Yəni, çempionatımızda tətbiq olunan legioner limiti klublara probem yaratmır?
- Bu barədə düşünmürəm. Yenə deyirəm, biz “Viktoriya Plzen”dən üstün idik. İlk oyunda rəqiblə başa-baş oynadıq. Cavab matçında isə çexlərdən qat-qat üstün oynadıq. Amma son nəticədə ÇL-lə vidalaşdıq. Bunu nə iləsə bağlamağın mənası yoxdur.
- Necə düşünürsüz, Premyer Liqamızda legioner limitinin artırılmasına ehtiyac var?
- Şəxsi fikrim belədir ki, limit qaldırılmalıdır.
- “Zirə” - “Sumqayıt” oyununu stadiondan izlədiniz. İkinci turda məhz “Sumqayıt”la qarşılaşacaqsınız. Bu komanda necə təsir bağışladı?
- “Sumqayıt” yaxşı təsir bağışladı. Mübariz komandadırlar. Samir Abasov yaxşı kollektiv formalaşdırıb. Əlimizdən gələni edəcəyik ki, çempionata yaxşı start verək. İlk turda “İnter”lə üz-üzə gələcəyik. Çalışacağıq ki, həm “İnter”, həm də “Sumqayıt”la görüşlərdə yaxşı nəticə qazanaq.(futbolxeber.az)