Futbol üzrə Latviya birinci liqasında 17-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyev və Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Komanda səfərdə RTU klubunun qonağı olub. Matç futbolçularımızın çıxış etdiyi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, start heyətdə meydana çıxan Vüqar matçda komandasının qələbə topunun müəllifi olub. Orxan Həsənəliyev isə matçın iştirak ərizəsində yer almayıb.