Kanoe-slalomçumuz yarımfinalda!

00:07 8 Avqust 2016

Azərbaycan kanoe-slalomçusu Yure Meqliç 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yarımfinala yüksəlib. 


Sportarena.az xəbər verir ki, 32 yaşlı idmançı 1 nəfərlik kayak qayığı (K-1) ilə ilk 2 seçmə mərhələ keçidindən sonra 15 ən yaxşı nəticə göstərənlər sırasında yer almağı bacarıb.


İlkin keçiddən sonra onun nəticəsi 2 cərimə saniyəsi ilə 95,12 olubsa, ikinci keçidi cəriməsiz və 90,70-lik göstərici ilə başa vurub. Bununla da Meqliç 21 iştirakçı arasında 11-ci yeri tutub.


Avqustun 10-da Bakı vaxtı ilə saat 20:30-da başlanacaq yarımfinal keçidində Meqliç ilk "10-luğ"a düşməyi bacarsa, həmin gün saat 22:15-də start götürəcək finala yüksələcək.

Seçmə mərhələ keçidlərindən sonra yarımfinala yüksələn kanoe-slalomçular:

1. Covani De Cennaro (İtaliya) - 86,85
2. Jozef Klark (Böyük Britaniya) - 86,95
3. Hans Ayqner (Almaniya) - 87,31
4. Yakub Qriqar (Slovakiya) - 87,85
5. Pedro da Silva (Braziliya) - 88,48
6. Pavel Eygel (Rusiya) - 88,57
7. İrji Prskavek (Çexiya) - 88,71
8. Mayk Douson (Yeni Zelandiya) - 88,91
9. Sebastyan Kombo (Fransa) - 88,94)
10. Mixal Smolen (ABŞ) - 90,13
11. Yure Meqliç (AZƏRBAYCAN) - 90,70
12. Peter Kauzer (Sloveniya) - 91,11
13. İsak Orstrom (İsveç) - 91,43
14. Kazuki Yazava (Yaponiya) - 92,23
15. Mario Laytner (Avstriya) - 93,29


Digər xəbərlər

Xəbər xətti