Millimiz İran yığmasına məğlub oldu

13:18 8 Avqust 2016

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş  “Prezident kuboku” turnirində bu gün ilk oyununu keçirib.
 


Sportarena.az xəbər verir ki, İranın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız 0:3 hesabı ilə məğlub olub.


Futbolçularımız turnirdə növbəti oyununa avqustun 9-da çıxacaq. Tacikistan yığmasına qarşı keçiriləcək oyun Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti