"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşdi

16:35 8 Avqust 2016

"Fənərbaxça" baş məşqçisi ilə bağlı qərar verib.


Sportarena.az xəbər verir ki, prezident Aziz Yıldırım 70 milyon avroluq yatırıma rəğmən istənilən uğurları qazana bilməyən Vitor Pereyranı yola salmaq qərarına gəlib.


Ötən il çempion ola və kuboku qazana bilməyən, cari mövsümdə Çempionlar Liqasının III təsnifat mərhələsində "Monako"ya uduzan portuqaliyalı mütəxəssis yaxın günlərdə yola salınacaq.


Artıq Aziz Yıldırımın yeni baş məşqçi tapdığı da deyilir. İddiaya görə, prezident komandanı Marselo Byelsaya tapşırmaq istəyir. 


Qeyd edək ki, Marselo Byelsa son olaraq "Latsio"nu çalışdırıb. O, əvvəllər Argeninanın "Newell`s Old Boys", "Velez Sarsfield", Meksikanın "Atlas", "Amerika", İspaniyanın "Espanyol", "Atletik" və Fransanın "Marsel" klublarını çalışdırıb. 61 yaşlı argentinalı mütəxəssis həmçinin Argentina və Çili millilərinə başçılıq edib.


Digər xəbərlər

Xəbər xətti