Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının üçüncü günündə Azərbaycan cüdoçusu Rüstəm Orucov mübarizəyə qoşulub.
Sportarena.az xəbər verir ki, turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz bu gün 1/16 finalda Qazaxıstan təmsilçisi Didar Hamza ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Rüstəm Orucov növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, o, 1/8 finalda Jake Bensted (Avstraliya) ilə üz-üzə gələcək.