Aleksandr Aleksandrov - Boris Yotov duetinin yarımfinal mərhələsindəki rəqibləri müəyyənləşib

21:50 8 Avqust 2016

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov duetinin yarımfinal mərhələsindəki rəqibləri müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, son vəsiqələrin taleyinə bu gün keçirilmiş təsəlliverici yürüşdən sonra aydınlıq gəlib.


Böyük britaniyalı Conatan Uolton - Con Kollinz (6:19.600), bolqarıstanlı Georgi Bojilov - Kristian Vasilev (06:20.560) və serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç (06:20.620) duetləri kubalı Eduardo Rubio Rodriges - Andrian Oquendo (06:21.520) cütlüyünü üstələyərək, ilk 3 yerin sahibi kimi yarımfinala adlayıblar.

 

Aleksandrov - Yotov duetinin rəqiblərindən biri məhz serbiyalı cütlük olacaq. Digər rəqiblər isə Azərbaycan təmsilçilərinin seçmə yürüşdə üstələdiyi Françesko Fossi - Romano Battisti, eləcə də litvalı Mindauqas Qrişkonis - Saulius Ritter, fransalı Uqo Buşeron - Matyö Androdias və Marsel Hakker - Ştefan Krüger duetləri olacaq.


Avqustun 9-da Bakı vaxtı ilə saat 17:40-da başlanacaq yürüşün yekununda ilk "3-lüy"ə düşənlər finala yüksələcəklər.


Digər xəbərlər

Xəbər xətti