Roman Qriqorçuk: "Limitin faydası var"

22:08 8 Avqust 2016

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 


Sportarena.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib: 

- Teo Uiksin əvəzlənməsi nə ilə bağlı idi? 

- Əvəzləməni müzakirə etmək istəmirəm. Burda xüsusi fərqli bir şey yox idi. 

- Rəşad Sadiqov zədələnməsəydi, Tellur Mütəllimovu meydana buraxacaqdınız?  

- Həmin an üçün olan vəziyyətə görə qərar verdim.  

- "İnter"lə oyun barəsində nə deyə bilərsiniz? Onların "Qarabağ"la matçına baxmısınız? 

- Xeyr, baxmamışam. Vaxtımız olmayıb. Sabahdan rəqibi analiz edəcəm. 

- Legioner limiti sizi çox düşündürdü? 

- Limitin faydası var. Bu əvvəldən verilən qərardı və biz də buna görə işlərimizi qurmuşuq.(futbolinfo.az)


Digər xəbərlər

Xəbər xətti