Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında ilk medalını qazandı

23:43 8 Avqust 2016

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının üçüncü günündə Azərbaycan cüdoçusu Rüstəm Orucov mübarizəyə qoşulub.

Sportarena.az xəbər verir ki, turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz bu gün ardıcıl olaraq Qazaxıstan, Avstraliya və Macarıstan təmsilçilərini məğlub edərək yarımfinala yüksəlib. Yarımfinal mərhələsində İsrail idmançısı Saqi Mukini məğlub edən Rüstəm Orucov finala vəsiqə qazanıb. 


İdmançımız final mərhələsində Yaponiya təmsilçisi Şohei Ono ilə qarşılaşacaq.


Qeyd edək ki, final mərhələsinə yüksələn Rüstəm Orucov ən azı gümüş medalı təmin edib.


Digər xəbərlər

Xəbər xətti