İsveç liqasında XVII turun oyunlarına yekun vurulub.
Turun son matçında UEFA Avropa Liqasının pley-off oyununda "Qarabağ"la üz-üzə gələcək "Göteborq" səfərdə "Yurqarden"in qonağı olub. Hesabı matçın 24-cü dəqiqəsində Tom Pettersonla qonaqlar açıb. Lakin meydan sahibləri 6 dəqiqəyə 2 qol vurmaqla ilk hissəni qələbə ilə başa çatdırıblar. İkinci hissədə daha bir qol vuran "Yurqarden" komandası "Göteborq"u məğlub edib - 3:1.
Qeyd edək ki, "Qöteborq" - "Qarabağ" matçı avqustun 18-də keçiriıcək.