Avqustun 11-də İsveçrənin Nyon şəhərində AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov və baş maliyyə eksperti Bəhram Dadaşov UEFA-nın dəvətinə əsasən qurumun Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play şöbəsinin əməkdaşları ilə görüşəcəklər.
Görüşdə 2015-ci ildə Azərbaycan futbol klublarının göstəriciləri və müqayisəli təhlilinin, klublar tərəfindən hazırlanmış hesabatlarda UEFA tərəfindən aşkar olunmuş çatışmazlıqlar və bu çatışmazlıqların gələcəkdə aradan qaldırılma yollarının, 2016-cı il üzrə maliyyə hesabatların hazırlanması ilə bağlı Avropa qurumunun tövsiyə və tələblərinin, UEFA Maliyyə Fair Play IT proqramı ilə bağlı yeniliklərin və növbəti mövsüm çərçivəsində keçiriləcək tədbirlərin müzakirə olunması gözlənilir.