Ramil Şeydayev: "Yox! Azərbaycan millisində oynamaq istəyirəm"

15:17 9 Avqust 2016

“Ramil Şeydayev istedadlı futbolçudur. Aşağı yaş qrupları üzrə milli komandalarımızın hamısında çıxış etmişdi. Onu itirdiyumiz üçün üzülürəm”.

Sportarena.az-ın “Sport-ekspress”ə istinadən yaydığı xəbərə görə,  bu sözləri Rusiya Futbol İttifaqının idman direktoru Nikolay Pisarev deyib.

Eyni zamanda  21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi olan Pisarev  Ramil Şeydayevin Rusiya yığmasından imtina edərək  Azərbaycanı seçməsinə münasibət bildirib:

“Rusiya Futbol İttifaqı Şeydayevə çox şey verib. Mən ona zəng vurmuşdum. Onu fikrindən daşınmağa cəhd etdim. O isə mənə cavabında “Yox! Azərbaycan millisində oynamaq istəyirəm” dedi. Bunun səbəblərini açıqlamadı. Yəqin ki, qan çəkir, ya da yaxşı müqavilə, millinin start heyətində yer alacağına dair  təminat veriblər”.

Xatırladaq ki, bir neçə dəfə AFFA-nın təklifini rədd edən azərbaycanlı futbolçu Ramil Şeydayev bu yaxınlarda millimizdə oynağa razı olub. FİFA da onun millimizdə oynamasına icazə verib.


Digər xəbərlər

Xəbər xətti