Braziliyalı futbolçu Denilson Pereyra "Neftçi" ilə müqavilə bağlamaq üçün Bakıya gəlib. o, bu dəqiqələrdə paytaxt klubunda tibbi baxışdan keçir. Heç bir problem olmasa, onun 18:00-da komanda ilə məşqə çıxması gözlənilir. Axşam saatlarında isə yarımmüdafiəçi paytaxt klubu ilə rəsmi müqavilə imzalayacaq. Qeyd edək ki, 2015-ci ildən icarə əsasında İspaniyanın "Qranada" klubunda çıxış edən braziliyalı oyunçu müqavilə ilə Braziliyanın "Fluminense" klubuna məxsusdur.