Boksçumuz "Rio - 2016"ya qələbə ilə başladı

22:08 9 Avqust 2016

Rio Yay Olimpiya oyunlarında bu gün boksçularımızdan ilk olaraq Kamran Şahsuvarlı rinqə çıxıb. 75 kq çəki dərəcəsində çıxış edən milli komandamızın üzvü 1/16 final mərhələsində Çin Xalq Respublikasını təmsil edən Zao Minqqaqla üz-üzə gəlib. Hər 3 raundda inamlı təsir bağışlayan boksçumuz 3:0 (30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək, növbəti mərhələyə vəsiqə qazanıb. 

Şahsuvarlının 1/8 finaldakı rəqibi Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı rusiyalı Artyom Çebotaryov olacaq.


Xəbər xətti